"Simurq" AZAL-la oyuna hazırdır

16:00 - 3 Oktyabr 2013

Komanda sonuncu məşqinə çıxacaq
 
 
“Simurq” növbəti oyunun hazırlıqlarını davam etdirir.
 
Sportal.az xəbər verir ki, son oyunun ardından yetirmələrinə istirahət verməyən Georgi Çixradze futbolçuları AZAL-la görüşdə qələbəyə kökləməyə çalışır.
 
Hər gün "Şəfa”da məşqləri davam etdirən Zaqatala təmsilçisi əsasən takitiki və texniki tapşırıqların yerinə yetirilməsi üzərində çalışır.
 
Bu gün isə komanda qarşılaşmanın keçiriləcəyi "AZAL Arena"da sonuncu məşqinə çıxacaq. 
 
Qapıçılar Pavel Kapsa, Amil Ağacanov və Rəşad Əzizli komandadan ayrı, qapıçılarla işləyən məşqçi Emil Babayevin rəhbərliyi altında hazırlıqları davam etdirir. 
 
Qeyd edək ki,  Premyer Liqanın 9-cu turu çərçivəsində keçiriləcək AZAL - "Simurq" oyunu oktyabrın 4-də, saat 18:00-da, "AZAL Arena"da keçiriləcək. Cəza səbəbindən Draqan Çeran və İlkin Qırtımov bu görüşdə forma geyinə bilməyəcək.

Xəbər xətti