Yuri Syomin “Neftçi” yenilgisinə belə izah verdi

20:25 - 4 Oktyabr 2013

“Bəzən ötürmələrdə ciddi səhvlərə yol verirdik”
 
“Qəbələ”nin baş məşqçisi Yuri Syomin doöma divarlar arasında “Neftçi”yə məğlubiyyətindən danışıb. Sportal.az xəbər verir ki, təcrübəli rusiyalı mütəxəssis komandasının yenilgisinə belə izah verib:
 
 
"İlk 20 dəqiqədə üstünlük bizim tərəfdə idi. Hətta bundan da istifadə edib hesabı açdıq. Lakin qoldan sonra rəqib hucumda təzyiqi artırdı. “Neftçi” topa daha çox nəzarət etməklə oyunda dönüş yarada bildi. Bəzən futbolçularım ötürmələrdə ciddi səhvlərə yol verirdilər. Belədə üstünlük rəqibə keçirdi. Məhz bundan istifadə edərək “Neftçi” yekunda qalib gəldi”.

Xəbər xətti