Komanda qalibgəldi, gecə saat 4-də məşqə çıxdı FOTO

16:40 - 5 Oktyabr 2013

“Həyatımda ilk dəfə gecə saat 4-də məşqə çıxacağam” 

 

Superliqada VII turun açılış matçında “Karabükspor”u səfərdə minimal hesabla məğlub edən “Bursaspor”n baş məşqçisi Kristof Daum komandasını gecə saat 4-də məşqə çıxarıb.

 

Sportal.az xəbər verir ki, bu barədə komandanın qapıçısı Sebastyan Fray “twitter” səhifəsində yazıb. O, komanda yoldaşları ilə paltardəyişmə otağında çəkdirdiyi şəkli də yerləşdirərək, “Həyatımda ilk dəfə gecə saat 4-də məşqə çıxacağam” tvitini atıb. Məşq yağmurlu hava şəraitində 30 dəqiqəyədək davam edib. Bundan sonra almaniyalı mütəxəssis komandaya oktyabrın 8-dək istirahət verib. 

 

Xəbər xətti