Subaşiç qol vuraraq Nduka və Popoviçi məyus etdi

00:04 - 7 Oktyabr 2013

"Azərbaycan derbisi"ndə gülən tərəf Subaşiç oldu
 
 
Türkiyə PTT Birinci Liqasında 8-ci turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Branimir Subaşiçin çıxış etdiyi “Orduspor” və Andrey Popoviçlə Usim Ndukanın komandası “Tavşanlı Linyitspor” klubları da bu gün növbəti matçına çıxıb.
 
Futbolçularımızın komandaları bir-biri ilə üz-üzə gəlib. "Azərbaycan derbisi"ndə gülən tərəf Subaşiçin komandası olub. 
 
Onların bu oyunda meydana çıxıb-çıxmayacaqları maraqla gözlənilirdi. Popoviç bu görüşün iştirak ərizəsinə salınmayıb. Subaşiçlə Nduka isə matça start heyətdə çıxıb və sona kimi meydanda olub. "Orduspor"a qələbə qazandıran yeganə qolu da məhz Branimir vurub.
 
Qeyd edək ki, “Orduspor” geridə qalan turlarda 16 xal toplayıb və 2-ci pillədə qərarlaşıb. “Tavşanlı Linyitspor” isə 6 xalla 16-cıdı.

Xəbər xətti