Portuqaliyalı ulduz Azərbaycanı aşağıladı

00:15 - 9 Oktyabr 2013

"Mən heç vaxt Azərbaycan kimi komandalara qarşı oynamamışam"
 
Əfsanəvi forvard Eysebionu Portuqaliya yığmasında vurduğu qolların sayına görə Kriştiano Ronaldo ilə müqayisə edilməsi məyus edir. 
 
 
Sportal.az xəbər verir ki, "Real" Madrid klubunun super ulduzu Kriştianu Ronaldo Portuqaliya yığmasında Eysebiodan çox qol vurub. 106 oyuna Ronaldu 43, Eysebio isə 60 oyuna 41 top vurub. 
 
"Mən məyus oldum. Bu, müqayisə ediləsi deyil. Bu düzgün deyil. Bu nəticəni əldə etmək üçün mən 60-a yaxın oyun keçirmişəm. İndi isə qol vurmaq çox asanlaşıb. Bir də, mən heç vaxt Azərbaycan və yaxud Lixtenşteyn kimi komandalara qarşı oynamamışam", - Eysebio deyib.

Xəbər xətti