"Yaxın vaxtlarda tam sağalacam"
İspaniya La Liqasının VII turunda "Almeriya"nı 2:0 hesabı ilə məğlub elədikləri qarşılaşmada ayağından zədə alan "Barselona"nın ulduz futbolçusu Lionel Messi açıqlama verib.
Sportal.az xəbər verir ki, bu barədə yerli mətbuata danışan argentinalı bunları söyləyib: "Hər gün öz üzərimdə işləyirəm. Tezliklə yaşıl meydanlara qayıtmaq üçün əlimdən gələni edirəm. Hazırlıq yaxşı keçir. Yaxın vaxtlarda tam sağalacağam". Messi zədəsi səbəbindən Argentina millisinin heyətində çıxarılıb.
saytlarin hazirlanmasi