"Səhər saat 6-da dopinq testi üçün oyandırılmağımıza inana bilmirəm"

13:53 - 11 Oktyabr 2013

İspaniya millisinə basqın
 
"DÇ-2014"ün seçmə mərhələsində Belarusla qarşılaşacaq İspaniya millisi səhər saatlarında gözlənilməz hadisə ilə üzləşib.
 
Sportal.az xəbər verir ki, yığmanın bazasına dobinq mütəxəssisləri gələrək 12 futbolçunu testdən keçirib.
Komandanın önəmli oyunçularından olan Sesk Fabreqas isə erkən saatlarda bu cür addım atılmasından narazılığını ifadə edib: "Maçtan öncə səhər saat 6-da dopinq testi üçün oyandırılmağımıza inana bilmirəm".
 
Qeyd edək ki, dopinq mütəxəssisləri əvvəlcədən xəbər vermədən futbolçuları qəfildən yoxlayırlar.

Xəbər xətti