" Ronaldo və Riberi də “Qızıl Top”a layiqdirlər, problem odur ki, hələ Messi də var"

14:55 - 11 Oktyabr 2013

Zidan:"Futbolda uğursuzluq oyunçu üçün heç vaxt asan olmur"
 
 
Fransa yığmasının sabiq yarımmüdafiəçisi Zinəddin Zidan yerlisi Frank Riberinin “Qızıl Top” mükafatını almaq şansını şərh edib.
 
Sportal.az xəbər verir ki, hal-hazırda “Real” Madridin baş məşqçisi Karlo Ançelottinin köməkçisi vəzifəsində çalışan Zidan  Riberiyə Messi və Ronaldu ilə yarışmağın çətin olacağını deyib.
 
“Kriştiano Ronaldo və Frank Riberi də “Qızıl Top”a layiqdirlər. Amma mən mükafatı Frank Riberiyə verərdim, çünki o, bu il çox uğurlara nail olub, xüsusən də 3 mükafat qazanıb (Çempionlar Liqasının qalibi, Almaniya çempionu və Almaniya Kuboku). 
 
Problem ondadır ki, hələ Messi də var, o da 55 qol vurub. 
 
Benzema? Futbolda uğursuzluq oyunçu üçün heç vaxt asan olmur. Sən özünə inamı itirirsən, yorğun olursan. Lakin istedadı itirmək olmaz. O təslim olmayacaq”.
 
Qeyd edək ki, Frank Riberi bu il Avropanın ən yaxşı futbolçusu seçilmişdi. 

Xəbər xətti