Messi sünnət oluna bilər
	 
	Son günlər məşhurlar - istər bizim ölkədə, istər qonşu respublikalarda, istərsə də, dünyada hər kəs sosial şəbəkədən aktiv istifadə etməyə başlayıb.
	 
	Sportal.az xəbər verir ki, bir-birlərinə mesaj yollamaq, həqarətlər səsləndirmək, təbriklər etmək - bütün bunları məşhurların profillərindən də oxumaq olar. 
	 
	Sosial şəbəkənin aktiv istifadəçisi olan Türkiyənin pop müğənnisi Hilal Cebeci futbolçu Lionel Messiyə islam dinini qəbul etməyi təklif edib. O statusunda belə yazıb: "Əgər Messi sünnət olarsa, ona ərə gedərəm..." 
	 
	Xatirladaq ki, bu yaxınlarda bu pop müğənni mətbuata Messini çox sevdiyini və onun şərəfinə açıq-saçıq pozlar verməklə fotosessiya çəkdirmiş və bununla da gündəmi zəbt etmişdi.
                      
saytlarin hazirlanmasi