Dünyanın ən yaxşı 10 futbolçusu

02:02 - 13 Oktyabr 2013

Siyahıda iki türk futbolçu var
 
"Bleacher Report" idman saytı 2014-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən oyunlarda mübarizə aparan ən yaxşı 50 futbolçunun adını açıqlayıb.
 
Sportal.az xəbər  verir ki, gələn il Braziliyada keçiriləcək dünya çempionatına qatılmaq üçün seçmə mərhələ oyunlarında iştirak edən bütün futbolçular arasında ən yaxşı 50 oyunçu FIFA reytinqi və statistikasına əsasən sıralanıb.
 
Sıralamada Türkiyədən hər hansı bir oyunçu yer almasa da, Almaniyadan türk əsilli Mesut Özil 10, İlkay Gündoğan isə 21-ci yerdə qərarlaşıb.
 
İspaniyalı Andres İniesta siyahıda birinci, ilin ən yaxşı oyunçusu mükafatını alan fransız ulduz Frank Riberi isə 14-cü yerdədir.
 
Siyahıda ilk 10 sıradakı futbolçular:
 
1. Andres İniesta (91,4 xal) 
2. Lionel Messi (90,9) 
3. Kristiano Ronaldo (90,3) 
4. Bastian Schweinsteiger (90,1) 
5. Manuel Noyer (89,9) 
6. Xavi Hernandez (89,7) 
7. Andrea Pirlo (89,3) 
8. Xabi Alonso (88,7) 
9. Filip Lam (88,5) 
10. Mesut Özil (88,4)

Xəbər xətti