"Bu futbolçu Azərbaycanın Özilidir"

21:41 - 13 Oktyabr 2013

Ruslan Abışov Rusiyaya azarkeşlik edəcək
 
Azərbaycan millisinin müdafiəçisi Ruslan Abışov onun həmyerlilərinin 2014 Dünya Çempionatında Rusiya yığmasına azarkeşlik edəcəyini söyləyib.
 
Sportal.az xəbər verir ki, "Rubin"də çıxış edən Abışov bunun əsas səbəblərindən biri kimi Rusiya yığmasında azərbaycan əsilli Aleksandr Səmədovun oynamasını göstərib.
"Necəki bundestimdə Mesut Özil çıxış etdiyi üçün türklər Almaniyaya azarkeşlik edir, biz də ruslara Səmədova görə dəstək verəcəyik. Səmədov Azərbaycanın Özilidir!" - deyə Abışov bildirib.

Xəbər xətti