Çixradze çətin vəziyyətə düşüb
Premyer Liqanın 10-cu turunda “Xəzər Lənkəran”ı qəbul edəcək “Simurq” klubunun heyətində ciddi problemlər var.
Sportal.az xəbər verir ki, cəza problemi baş məşqçi Georgi Çixradzeni çətin vəziyyətə salıb. Məsələ burasındadır ki, komandanın 3 aparıcı oyunçusu Draqan Çeran, İlkin Qırtımov və Ruslan Poladov cəzalı durumdadırlar.
Belə olan halda, “Simurq”un xüsusən də müdafiə xəttində xaos yaranıb. Eyni zamanda, “Simurq” yeni kapitan axtarmalıdır. Çünki kapitan Poladov və vitse-kapitan Qırtımov bu oyunu kənardan izləməyə məcburdurlar.
saytlarin hazirlanmasi