O, atasının qəbrini ziyarət etməyib
Vətəni olan Azərbaycanın millisini deyil, boya başa çatdığı Rusiyanı seçməsi çox müzakirə olunur. Aleksandr Səmədovu qınayanlar da var, ona haqq qazandıranlar da. Bəs, onun Rusiyanı seçməsinin arxasında nə dayanır? Səmədov nə üçün vətəninə bağlı deyil? Sportal.az bu suallara aydınlıq gətirmək üçün apardığı araşdırma zamanı Aleksandr haqqında şok məlumatlar əldə eləyib.
Bildiyiniz kimi, Səmədovun atası azərbaycanlı, anası isə rusdur. Aleksandr Səmədovun atası Şahmar Səmədov uzun illər Rusiyada yaşayıb. Orada həbsə düşən həmyerlimiz elə həbsxanada dünyasını dəyişib. 2011-ci il, fevralın 27-də vəfat edən Şahmar Səmədov 4 gün sonra Azərbaycana gətirilib. Lakin onun vəfat etməsindən və ölkəmizə gətirlməsindən oğlunun xəbəri belə olmayıb. Hətta onun vətəninə gətirilib dəfn edilməsi üçün bütün xərcləri Bakıda yaşayan qohumları üzərinə götürüb. Biləcəri qəbiristanlığında torpağa tapşırılan Səmədovun vəfatından bir neçə il keçsə də, Aleksandrın bundan xəbəri yoxdur. Onun rus olan anası atasının ölümünü oğlundan gizlədib. Bir neçə gün öncə Rusiya mətbuatı Aleknsandr Səmədova belə bir sual ünvanlamışdı ki, atanız hansı komandaya azarkeşlik edəcək: Rusiya, yoxsa Azərbaycan? Səmədov isə cavabında: "Atam oğlunun oynadığı komandaya azarkeşlik edəcək” deyə cavab vermişdi. O, bütün bunlarla atasının ölümündən xəbərsiz olduğunu təsdiq edir.
Sportal.az saytı bu məsələ ilə bağlı araşdırmanı davam etdirəcək.
saytlarin hazirlanmasi