"Qəbələ" ikinci oyununda ilk xalını qazandı

23:25 - 17 Oktyabr 2013

"Rubin" "Qəbələ" qarşısında büdrədi
 
Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən “Young Talents Cup” turnirində növbəti oyunlar keçirilib. 
 
Sportal.az xəbər verir ki, turnirdə iştirak edən “Qəbələ” U-12-si “Rubin”lə görüşüb.
Təmsilçimiz bu görüşdə 1:1 edib. Kazan təmsilçisi ilə edilən bərabərlik “Qəbələ”nin ilk xalı olub.

Qeyd edək ki, “Qəbələ” bundan öncə “Yanq Talants Tim”ə 0:5 hesabı ilə uduzmuşdu. Sabah isə “qırmızı-qaralar” Kirov “Dinamo”su və “Baltika” ilə qarşılaşacaq. Həmin görüşlər müvafiq olaraq bizim vaxtla saat 11:40 və 13:00-dadır.

Xəbər xətti