Klub Beyli siğorta etdi
“Real”ın bu yay “Tottenhem”dən rekord məbləğə, 100 milyon avroya transfer etdiyi Qaret Beyl “kral klubu”nu xərcə salmaqda davam edir.
Sportal.az xəbər verir ki, Madrid klubu uelsli futbolçunun öləcəyi və ya karyerasını bitirəcək dərəcədə zədə alacağı təqdirdə ona görə ödədiyi 100 milyon avronu geri alacaq. Bu, klub prezidenti Florentino Peresin xüsusi təlimatı ilə olub. Məsələ burasındadır ki, ispan klubu Beyli sığorta etdirib. Klub futbolçunun burada olduğu hər il bunun üçün sığorta şirkətinə külli miqdarda pul ödəyəcək. Əgər onun başına bu müddət ərzində bir iş gəlsə, o zaman həmin sığorta şirkəti “Real”a 100 milyon avro ödəyəcək.
saytlarin hazirlanmasi