"Qəbələ" yenə qələbə qazana bilmədi
	 
	Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən “Young Talents Cup 2013”də C qrupunun oyunlarına dünən yekun vurulub. 
	 
	Sportal.az xəbər verir ki, Beynəlxalq turnirdə iştirak edən “Qəbələ”nin U-12-si qrupu qələbəsiz tamamlayıb.
	 
	Dünən “Yanq Talants Tim” (0:5) və “Rubin”lə (1:1) qarşılaşmış “qırmızı-qaralar” bu gün keçirdikləri matçlarda da yenilib. Təmsilçimiz öncə Kirov “Dinamo”suna 0:1, daha sonra isə “Baltika”ya 0:6 hesabı ilə uduzub.
	 
	Nəticədə şimallılar qrupu sonuncu yerdə tamamlayıb. Təmsilçimiz turnirin 9-24-cü yerlər uğrunda oyunlarında gücünü sınayacaq.
                      
saytlarin hazirlanmasi