Portuqaliyalı ulduz alqışlara layiq olmadığını bildirib
İspaniya çempionatında dünən "Real" öz evində "Malaqa"ya qalib gəlib.
Sportal.az xəbər verirəm ki, Ançelottinin komandası Di Mariya və Kriştianu Ronaldonun qolları ilə rəqibi əzib. Oyun zamanı Ronaldoya qonaqların oyunçusu Vilya Kabalyero ayaq açmağa imkan verməyib. Bu səbəbdən Ronaldo "Santyaqo Bernabeu"da onu böyük həvəslə dəstəkləyən azarkeşlərdən jestlərlə üzr istəyib. Portuqaliyalı super forvard "Malaqa"ya qarşı bütün gücünü ortaya qoymaması səbəbilə əllərini cütləyərək üzrxahlıq jesti göstərib, yəni bu alqışlara layiq ola bilmədim.
Görünür, Ronaldo həm özünü, həm azarkeşləri gələn həftəsonu keçiriləcək "El-Klassiko"ya hazırlayır.
saytlarin hazirlanmasi