Fərid Quliyev komandasına qolla kömək edib
Milli komandamızın sabiq hücumçusu Fərid Quliyev uzun müddətdən sonra çıxış etdiyi “Kahramanmaraşspor”da forma geyinib.
Sportal.az xəbər verir ki, zədədən qayıtdıqdan sonra heç “18-liy”ə düşməyən futbolçu dünən Antalyada keçirilən yoxlama oyunu zamanı meydana çıxıb.
Belə ki, Türkiyənin aşağı dəstə təmsilçisi İraq Premyer Liqası klublarından olan “Suleymani” ilə gücünü sınayıb. Görüş 1:1 hesabı ilə başa çatıb. Qarşılaşmada hesabı start heyətində meydana çıxan Fərid Quliyev açıb.
saytlarin hazirlanmasi