Pike "Real"la matçda oynamaya bilər
Həftəsonu “Real”la üz-üzə gələcək “Barselona” “El-Klasiko”ya ciddi itki ilə çıxa bilər.
Sportal.az xəbər verir ki, Kataloniya klubunun əsas heyət üzvlərindən olan Xerard Pike zədələnib. “Milan”la Çempionlar Liqası görüşündə sol dizindən zədələnib müdafiəçi “Real”la oyunu buraxa bilər. Əslində həkimlər Pikenin zədəsinin o qədər də ciddi olmadığını bildiriblər. Bununla belə, baş məşqçi Xerardo Martinonun futbolçusunu riskə atmayacağı gözlənilir.
saytlarin hazirlanmasi