Dünən axşam saatlarında növbəti məşqinə çıxan komanda iki saata yaxın davam edən çalışmalara qaçış və isinmə hərəkətləri ilə başlayıb. Bundan sonra taktiki və texniki təmrinlər yerinə yetirilib, ikitərəfli oyunun ardından qapıya zərbələr vurulub. Bu gün gün axşam saatlarında növbəti məşqinə çıxacaq komanda, hazırlıqları tamamlayaraq istirahətə çəkiləcək.
Heyətdə "Neftçi"ylə oyunöncəsidə zədəli və cəzalı futbolçuların çoxluğu məşqçilər korpusunu düşündürən məsələlərdəndir. Belə ki, qırmızı vərəqə cəzalıları Draqan Çeran, İlkin Qırtımov və İdan Vaitzman, sarı vərəqə limiti dolan Rəşad Eyyubovla yanaşı, zədəli Rövşən Əmiraslanov bu görüşdə forma geyinə bilməyəcək. Ötən tur oyun öncəsi məşqdə damarın dartan Dilaver Zrnanoviç isə bu oyunda komandasına kömək edə biləcək. Bosniyalı futbolçumuz artıq məşqlərdə də iştirak edir.
Qeyd edək ki, "Simurq" - "Neftçi" oyunu sabah saat 18:00-da start götürəcək.