Qvardiola "EL Klasiko"nu dəyərləndirdi
"Bavariya”nın baş məşqçisi Pep Qvardiola bu gün baş tutacaq “El Klasiko” haqda fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, ispan mütəxəssis sabiq komandası “Barselona”ya azarkeşlik edəcəyini deyib: “Real”ın bu mövsüm cəmi bir oyununu izləmişəm, o da “Yuventus”a qarşı olub. Bir matça əsasən komandanın durumunu dəyərləndirmək mümkün deyil. Ançelotti haqda isə mənfi fikir söyləyə bilmərəm. Çünki o, dahi mütəxəssisdir. Bu illər ərzində bir çox titullar qazanıb. Amma “El Klasiko”da “Barselona”ya azarkeşlik edəcəyəm. Çünki mən onların keçmiş baş məşqçisiyəm”.
Xatırladaq ki, “Barselona” – “Real” oyunu sabah keçiriləcək.
saytlarin hazirlanmasi