Rövşən Əmiraslanov komanda ilə məşqlərə başladı
“Simurq” “Bakı”yla oyunun hazırlıqlarını ara vermədən davam etdirir.
Sportal.az xəbər verir ki, sonuncu turda "Neftçi" ilə görüşdən sonra baş məşqçi Georgi Çixradze yetirmələrinə istirahət imkanı yaratmayıb.
Premyer Liqanın XII turunda paytaxt təmsilçisinin qonağı olacaq Zaqatala təmsilçisi görüşə hazırlıqları “Şəfa” stadionunda davam etdirir.
Gündə bir dəfə olmaqla məşqə çıxan zaqatalalalıların heyətində cəzalı futbolçuların geri qayıtması məşqçilər korpusunu sevindirən amillərdəndir. Draqan Çeran, Rəşad Eyyubov və İdan Vaitzman “Bakı”yla görüşdə forma geyinə biləcək. Cəzalı İlkin Qırtımov isə son dəfə oyundan kənarda qalacaq. Uzun müddətdir ki, zədə səbəbindən əziyyət çəkən Rövşən Əmiraslanov isə artıq komandayla məşqlərə başlayıb.
Qeyd edək ki, “Bakı” – “Simurq” oyunu noyabrın 1-də keçiriləcək. Matç saat 15:00-da başlayacaq.
saytlarin hazirlanmasi