Vaqif Cavadov müəllim kimi FOTO

00:49 - 31 Oktyabr 2013

Millimizin futbolçusundan futbol dərsi
 
Bu gün Binə qəsəbəsində yerləşən 136 saylı orta məktəbin ərazisində AFFA tərəfindən inşa olunmuş süni örtüklü meydançada "Məktəblərdə futbol dərsi" layihəsinin açılışı olub.
 
Sportal.az xəbər verir ki, tədbirdə Azərbaycan milli komandasının və "İnter" klubunun üzvü Vaqif Cavadov iştirak edib. Məktəbin direktoru Lütfiyyə Qasımova çıxış edərək iştirakçıları salamlayıb. Sonra Lütfiyyə Qasımova və Vaqif Cavadov topa ilk toxunuş ediblər. Vaqif Cavadov tərəfindən şagirdlərə avtoqraf verilib.
 
Qeyd edək ki, 136 saylı orta məktəbdə bu layihə 410 şagirdi əhatə edəcək.

Xəbər xətti