Ulduz futbolçunun məhkəməsi davam edir
2007, 2008, 2009-cu illərdə 4 milyon avro vergidən yayınmaqda ittiham olunan "Barselona"nın futbolçusu Lionel Messi və atasının məhkəməsi davam edir.
Sportal.az xəbər verir ki, məhkəmədə ifadə verən vergi idarəsindən iki müfəttiş argentinalı hücumçunun günahsız olduğunu deyiblər. Bildiriblər ki, Messi bu işlərdən uzaqdır. Qeyd edək ki, bir ay əvvəl ulduz futbolçu və atası məhkəmə qarşısına çıxıb. Messinin atası bu işlərlə özünün məşğul olduğunu və oğlunun günahsız olduğunu deyib.
saytlarin hazirlanmasi