Komanda yalnız İlkin Qırtımovdan məhrum olacaq
Bu gün Premyer Liqaının 12-ci turu çərçivəsində "Bakı"nın qonağı olacaq "Simurq" ötən gün qarşılaşmanın oynanılacağı stadionda məşqə çıxıb.
Sportal.az xəbər verir ki, bir saata yaxın davam edən hazırlıq prossesində bütün futbolçular iştirak ediblər.
Uzun müddətdir zədə səbəbindən komandadan aralı qalan Rövşən Əmiraslanov da artıq heyətə qoşulub. O, bu görüşdə baş məşqçi Georgi Çixradze şans verəcəyi halda paytaxt təmsilçisilə görüşdə meydana çıxa biləcək. Yalnız İlkin Qırtımov cəzasının bitməməsi səbəbindən bu qarşılaşmada forma geyə bilməyəcək.
Komandan son məşqində məşqçilər korpusu yetirmələrini elə də çox yormayıb. Yüngül qaçış və isinmə hərəkətlərindən sonra üç qrupa bölunən futbolçular "kvadrat" oynayıblar. Daha sonra iki tərəfli oyunla məşq davam edib. Hazırlığın sonunda isə qapıya zərbələr və künçdən asmaların qapanması üzərində çalışılıb.
Qeyd edək ki, 12-ci turun açılış matçı "İdman Azərbaycan" kanalı vasitəsilə canlı yayımlanacaq. Artıq görüşün baş hakimi də açıqlanıb. Saat 15:00-da start götürəcək oyunu Ramil Diniyev idarə edəcək.
saytlarin hazirlanmasi