"Qarabağ"da yeni təyinat

16:07 - 1 Noyabr 2013

Borçe Xristov uşaq futbol akademiyasında
 
"Qarabağ"da yeni təyinat rəsmiləşib.
 
Sportal.az xəbər verir k, aşağı yaş qruplarının koordinatoru Sebahettin Tekinlə yollar ayıran Ağdam təmsilçisi türkiyəlinin yerinə Borçe Xristovu gətirib.
 
Makedoniyalı mütəxəssis komandada yeni sima deyil. Xristov 2011/2012 mövsümündə "Qarabağ"ın əsas komandasının məşqçilər korpusunda olub. "PRO" kateqoriyaya malik mütəxəssis rəhbərliyin də iştirakıyla kluba təqdim olunub. 

"Qarabağ"ın əsas komandasının baş məşqçisi Qurban Qurbanov çıxışında bildirib ki, artıq aşağı yaş qrupları daha sistemli fəaliyyət göstərəcək. Aşağı yaş qruplarının çıxışlarını diqqətdə saxlayacağını bildirən çalışdırıcı bütün yaş qruplarında eyni oyun modelin tətbiq olunacağını bildirib.
Qeyd edək ki, Xristovla 2 illik müqavilə imzalanıb. Makedoniyalı əvəzedici komandadan tutmuş ən aşağı yaş qrupuna qədər nəzarət edəcək.

Xəbər xətti