Millimizin sabiq futbolçusu komandasının qəhrəmanına çevrildi

00:52 - 4 Noyabr 2013

Saşa Yunisoğlu komandasına 3 xal qazandırdı
 
Türkiyə PTT Birinci Liqasında 11-ci turun oyunları keçirilib. Azərbaycanlı futbolçuların çıxış etdiyi “Dənizlispor” klubu da bu gün növbəti matçına çıxıb.
 
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin hqcumçusu Arif İsayevlə müdafiəçi Saşa Yunisoğlunun heyətində yer aldığı bu komanda səfərdə “Karşıyaka” ilə qarşılaşıb. Arifin adı matçın iştirak ərizəsinə salınmayıb, Saşa isə sona qədər meydanda olub və "Denizlispor" klubunun qəhrəmanına çevrilib. Belə ki,  futbolçumuz 90-cı dəqiqədə hətta komandasına qələbə qazandıran qola da imza atıb.
 
Qeyd edək ki, “Denizlispor” hazırda 11 xalla 16-cı pillədə qərarlaşıb.

Xəbər xətti