Syomin əcnəbi futbolçu almaq fikrindən daşınıb

23:01 - 4 Noyabr 2013

"Azərbaycan pasportu olan futbolçular lazımdır"
 
“Qəbələ”nin baş məşqçisi Yuri Syomin “Volqa”nin futbolçusu Dmitri Bulıkini transfer edəcəkləri barədə yayılan xəbərlərə münasibət bildirib.
 
Sportal.az xəbər verir ki, Rusiya mətbuatına açıqlamasında rusiyalı mütəxəssis deyib ki, bununla bağlı məlumatlar həqiqəti əks etdirmir.
Qeyd edək ki, Rusiya millisinin 33 yaşlı sabiq hücumçu olan Bulıkin Syominin rəhbərliyi altında “Lokomotiv” və “Dinamo”da oynayaıb.
“Bulıkinin öz komandası və klubu ilə müqaviləsi var. Bundan başqa, hazırda transfer mövsümü deyil. Bir sözlə, biz onunla maraqlanmamışıq. İkincisi isə “Qəbələ”yə hazırda əcnəbilər yox, Azərbaycan pasportu olan futbolçular lazımdır. Legionerlərimiz kifayət qədərdir” – deyə o vurğulayıb.

Xəbər xətti