"Fasilədə Syomin bizə bir dənə bunu dedi ki..."

14:01 - 5 Noyabr 2013

Ebesilyo:"İlk hissə biz futbol oynamadıq"
 
"Qəbələ"nin yarımmüdafiəçisi Lorenzo Ebesilyonun Sportal.az-a müsahibəsi
 
- "Qarabağ"la oyun haqqında danışardın...
- Maraqlı oyun alındı. İlk hissədə biz yatmışdıq, rəqibə təzyiq göstərə bilmədik. “Qarabağ” ilk hissədə daha yaxşı oynadı və əlinə düşən fürsətlər istifadə etdi. İkinci hissə biz yuxudan oyandıq, artıq gec idi. Mən geri dönüş edəcəyimizə inanırdım, amma alınmadı.
 
- Son 20 dəqiqədə Leonardo Silvanın oyuna daxil olmasından sonra “Qəbələ” başqa oyun göstərdi.  İlk hissədə onun olmaması oyununuza təsir etdi?
- Yox, komanda bir oyunçudan ibarət deyil. Oyun zamanı meydançadakı 11 oyunçunun hamısı oynamalıdır, bizdə isə hamı yatmışdı. Bir oyunça ilə heç nə dəyişmək olmaz.
 
- Komandan 4 qol buraxdıqdan sonra “sındı”. Bu fikirlə razısan?
- Mən belə fikirləşmirəm. Geri dönüş edə bilərdik, son dəqiqələrdə bir topumuzu boş qapıdan çıxartdılar.Ancaq ikinci hissədən fərqli olaraq, ilk hissə biz futbol oynamadıq. Biz üç xal üçün meydana çıxmışdıq, alınmadı.
 
- Syomin fasilədə sizə nə dediki, “Qəbələ” ikinci hissə fərqli oyun göstərdi?
- O, bizə bir dənə bunu  dedi ki, "artıq yuxudan oyanmağın vaxtıdır". Biz də ikinci hissə özümüzə gəlib, sona qədər vuruşduq.
 
- Növbəti həftə “Xəzər Lənkəran”la qarşılaşacaqsınız. Bu oyun haqda nə deyə bilərsən?
- Qarşıda bizi çətin oyun gözləyir. LRəqibin son turda zəif çıxışı bizi heç də arxaynlaşdırmır. Biz Lənkərana üç xal üçün gedəcəyik.
 
Ayaz İbrahimov

Xəbər xətti