Komandada üç zədəli var
"Qarabağ" - "Qəbələ" (4:3) matçının ardından 2 günlük istirahətə buraxılan "qırmızı-qaralar" bu gündən Premyer Liqanın XIII turu çərçivəsində "Xəzər Lənkəran"la keçiriləcək qarşılaşmanın hazırlıqlarına start verir.
Sportal.az xəbər verir ki, baş məşqçi Yuri Syominin rəhbərliyi altında doğma məkanda bir araya gələn komanda günü 1 məşqlə yekunlaşdıracaq.
Zədəsi sağalan Tərzin Cahangirov komanda ilə məşqlərə qatılacaq. Digər zədəlilər - Rail Məlikov, Omar Kalabane və Abdulvahid Afolabinin bərpa prosesi davam edir.
Xatırladaq ki, "Xəzər Lənkəran" - "Qəbələ" matçı bazar günü - noyabrın 10-u, saat 17:00-da Lənkəran şəhər stadionunda baş tutacaq. "Qəbələ" oyundan bir gün öncə Lənkərana yollanacaq.
saytlarin hazirlanmasi