Teleyayım şirkəti türkləri sevindirdi
Çempionlar Liqasında dünən “Kopenhagen”ə Danimarkada məğlub olan (0:1) “Qalatasaray” bir anlı rəqibə texniki məğlubiyyət veriləcəyini zənn edərək seviniblər.
Sportal.az xəbər verir ki, məsələ burasındaır ki, oyundan öncə Tomas Delanenin cəzalı olduğu xəbəri yayılmışdı. Amma Delani dünənki matçda iştirak etdi. Bu da türklərin narazılığına səbəb olub. Bu mövsüm həm “Real”la, həm də “Qalatasaray”la ilk matçda sarı vərəqə alan Delaninin durumunu dərhal araşdıran UEFA isə ortada bir problemin olmadığını yayıb. Delaninin ”Qalatasaray”la ilk oyunda sarı vərəqə aldıqdan sonra yayım şirkətinin onun adının önünə ”Növbəti oyunu buraxacaq” yazması türkləri çaşdırıb. Amma yeni qanuna görə, ÇL-də 2 yox, 3 sarı vərəqə alan cəzalı duruma düşür.
saytlarin hazirlanmasi