Kasilyas canlı əfsanəni də geridə qoydu

23:38 - 6 Noyabr 2013

"Yuventus" matçında qolkiper üçün yeni rekord
 
“Real” Madridin qapıçısı İker Kasilyas Çempionlar Liqasın qrup mərhələsində “Yuventus”a (2:2) qarşı matçda rekord vurdu.
  
Sportal.az  xəbər verir ki, İker Kasilyas “Real”ın əfsanəvi forvardı Raul Qonsalesi keçdi (132 oyun). Kasilyas “Real”ın heyətində 133-cü oyununa çıxaraq Çempionlar Liqasında ən çox oyuna çıxan futbolçu oldu. 
  
İkerin bu turniri artıq 15-ci mövsümdür. Çempionlar Liqasında ilk oyununa 1999-ci ildə “Olimpiakos”a (3:3) qarşı oynamışdı. 
  
İlk beşliyə Roberto Karlos (109 oyun) Quti (99 oyun) və Fransisko Xento (88 oyun) daxildir. 

Xəbər xətti