"Simurq"da biri meydana, digəri tribunaya

01:00 - 7 Noyabr 2013

Salif Ballo oyunu tribunadan izləyəcək
 
 
Premyer Liqanın 13-cü turunda “Şəfa” stadionunda “İnter”lə görüşəcək “Simurq” klubu bu gün Bakıya gəlir.
 
Sportal.az xəbər verir ki, “Bakı”ya məğlubiyyətdən sonra Zaqatalaya gedib, oyuna məhz doğma məkanda hazırlaşan komanda son məşqlərini Bakıda, “Şəfa” stadionunda keçirəcək.
Düşərgədə zədəli futbolçunun olmaması məşqçilər korpusunu sevindirən məqamdır. Bundan əlavə cəzalı İlkin Qırtımov da artıq sıraya dönür və onun meydançaya çıxmasında hər hansı bir problem yoxdur. Sadəcə, sarı vərəqə limitini dolduran Salif Ballo matçı tribunadan izləmək məcburiyyətindədir.
 
Qeyd edək ki, “Simurq” ilk oyunda “İnter” üzərində qələbə qazanıb.
 

Xəbər xətti