Futbolçumuz ilk "18-lik"də olmayıb
Türkiyə PTT Birinci Liqasında 13-cü turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Branimir Subaşiçin çıxış etdiyi “Orduspor” klublu da növbəti matçına çıxıb.
Ordu təmsilçisi evdə “Qaziantep BB" ilə münasibətlərinə aydınlıq gətirib. Görüş qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb.
Subaşiçin bu oyunda meydana çıxıb-çıxmayacağı maraqla gözlənilirdi. Təəssüf ki, futbolçumuz matçın iştirak ərizəsinə salınmayıb.
saytlarin hazirlanmasi