Bu barədə gabalafc.az-a məlumat verən komandanın həkim-fizioterapevti Rahim Məhərrəmov Niassenin zədəsinin yüngül olduğunu, amma Ürfan Abbasovun bir müddət yaşıl meydanlardan kənar qalacağını söyləyib.
Məhərrəmov bərpa prosesi keçən digər zədəlilərin də durumuna aydınlıq gətirib: “Müayinələrdən sonra məlum oldu ki, Niassenin zədəsi yüngüldür. O, növbəti oyunda iştirak edə bilər. Amma Ürfan Abbasovun durumu ciddidir. Onun topuq bağları qopub. Abbasov 4 həftə yaşıl meydanlardan kənar qalacaq. Əməliyyata ehtiyac olmasa da, bərpa prosesi bir ay çəkəcək. Umar Kalaban və Abdulvahid Afolabinin zədələri artıq sağalıb. Rail Məlikovun bərpa prosesi isə davam edir. O, fərdi çalışmalarla məşğul olur”.