Messinin karyerası təhlükədə

23:06 - 12 Noyabr 2013

"Messinin zədələnməsində günahkar özüdür"
 
"Barselona"nın ulduz futbolçusu Lionel Messi karyerasına son qoya bilər. 
 
Sportal.az xəbər verir ki, La Liqanın son turunda "Betis"ə qarşı oyunda sol baldırından zədələnən argentinalı bu mövsüm eyni yerdən dördüncü dəfə zədə alıb. 
 
5 ildi ki eyni zədə səbəbindən əziyyət çəkən Messinin karyerasını vaxtından öncə bitirə biləcəyi iddia olunub.
 
Bu mövsüm ilk dəfə hazırlıq prosesində zədələnən Messi ikinci dəfə Superkubok qarşılaşmasından sonra zədə alıb. Sentyabrın sonunda üçüncü dəfə meydanı yarımçıq tərk edən futbolçu bununla da üç matçda forma geyməyib.
 
Həkimlər Messinin zədəsinin ciddi olduğunu bildirib. Kataloniya klubunun sabiq həkimlərindən biri olan Xordi Ardevol isə İspaniya mətbuatına açıqlamasında deyib ki, ötən mövsümün sonu zədələnən hücumçu həmin vaxt tamamilə sağalmadan yaşıl meydanlara qayıdıb. 
 
Bu isə onun yenidən eyni problemi yaşamasına səbəb olub: "Lionel Messinin zədələnməsinin günahkarı elə özüdü. Buna görə də o, tam hazır olmadan forma geyinməməlidi. Messi əvvəlcə sağalmalı, sonra hazırlıqlara başlamalıdı".

Xəbər xətti