Arif İsayev komandasından ayrıla bilər
Türkiyənin birinci divizion təmsilçisi "Dənizlispor" yanvar ayında azərbaycanlı futbolçusu Arif İsayevlə yolları ayıracaq.
Sportal.az Türkiyə mətbuatına istinadənxəbər verir ki, bu barədə klubun baş məşqçisi Yusuf Şimşek açıqlamasında deyib. Bildirib ki, A.İsayev istənilən oyunu sərgiləmədiyi üçün bu qərar verilib: "Bundan sonra mütləq əcnəbi oyunçu almaq kimi bir israrımız yoxdur. Yerli transferlər edə bilərik".
Qeyd edək ki, Dənizlispor" da A.İsayevlə yanaşı, Saşa Yunisoğlu da forma geyinir.
saytlarin hazirlanmasi