"Qarabağ"ın düşərgəsində üç itki

23:00 - 14 Noyabr 2013

Komandanın mərkəz müdafiəçiləri zədələdirlər

 
“Qarabağ” dördgünlük istirahətdən sonra növbəti tura hazırlıq məşqlərini bərpa edib.
 
Sportal.az xəbər verir ki,  Premyer Liqanın 14-cü turu çərçivəsində “Rəvan”la qarşılaşacaq Ağdam klubu bu oyuna üç aparıcı futbolçusu olmadan çıxacaq.
 
Zədəlilər - Rəşad Sadıqov və Admir Teli ilə yanaşı, Riçard Almeyda da oyunu buraxmalı olacaq. Almeyda sarı vərəqələr limitini aşdığı üçün oyunu tribunadan izləyəcək.

Xəbər xətti