"Arsenal"a qayıtmağı düşünmürəm"

01:42 - 15 Noyabr 2013

"Barsa"lı futbolçu haqqında gəzən xəbərləri təkzib etdi
 
“Barselona”da əsas heyətə düşə bilməyən Aleksandr Sonqun yenidən “Arsenal”a qayıdacağı ilə bağlı söz-söhbət yayılıb.
 
Sportal.az xəbər verir ki, yarımmüdafiəçi bu məlumatı təkzib edib: “Arsenal”da oynamaq mənim üçün əla idi. Orada gözəl 7 il keçirdim. Amma oraya qayıtmağı düşünmürəm. “Barselona”da məni hər şey qane edir. Müqaviləmin başa çatmasına 4 il qalır. Anlaşmamın sonuna qədər burada qalacağam. 4 ildən sonra nə baş verəcəyini bilmirəm, amma hazırda “Barselona”da xoşbəxtəm”. 

Xəbər xətti