Müdafiəçi 10 gün forma geyinə bilməyəcək
“Barselona”nın əsas heyət üzvlərindən olan Dani Alveş zədələnib.
Sportal.az xəbər verir ki, məşq zamanı belindən zədə alan “sambaçı” artıq tibbi müayinədən də keçib. Həkimlər 30 yaşlı müdafiəçinin bir həftə, 10 gün yaşıl meydanlardan uzaq qalacağını bildiriblər. Bu xəbər isə “Barsa”nın məşqçilər korpusunu və azarkeşlərini məyus edib. Belə ki, Alveş zədəsi üzündən “Qranada” ilə çempionat və “Ayaks”la Çempionlar Liqası görüşündə forma geyinməyəcək.
saytlarin hazirlanmasi