Dünyanın ən varlı 50 klubunun adı açıqlandı

23:15 - 23 Noyabr 2013

"Bavariya" "Mançester Yunayted"i geridə qoydu
 
Dünyanın ən varlı futbol klublarının siyahısı açıqlanıb.  
 
Sportal.az xəbər verir ki, tanınmış “Brand Finance”ın araşdırmasında 50 klub yer alıb. Bu ilki siyhıda 860 milyon dollarlıq büdcəsilə “Bavariya” ötən il birinci yerdə olan “Mançester Yunayted”i geridə qoyur. 
 
Dünyanın ən varlı klubları sırasında İngiltərə klublarının üstünlüyü diqqəti çəkir. İlk onluqda 5 ingilis, 2 alman, 2 ispan və 1 italiya klubu var. Ən varlı 50 klub içərisində 14 futbol klubu ilə İngiltərə ilk sıradadır. Sonrakı yerləri 8 komanda ilə Almaniya, 7 klubla İspaniya, 5 klubla Braziliya tutur. Türkiyənin 3 klubu da dünyanın ən varlı 50 klubunun içərisində yer alıb. 
 
Bu il açıqlanan siyahıda 116 milyon dollar büdcəsi olan “Qalatasaray” 17-ci olub. 
95 milyon dollarlıq büdcə ilə “Fənərbaxça” 22-ci sırada yer alıb. 
71 milyon dollarlıq büdcə ilə “Beşiktaş” ise 36-cı yerdə qərarlaşıb. 
 
Dünyanın ən varlı 5 klubu isə bunlardır: 
“Bavariya” - 860 milyon dollar 
“Mançester Yunayted” - 837 milyon dollar 
“Real ” - 621 milyon dollar 
“Barselona” - 572 milyon dollar 
“Çelsi” - 418 milyon dollar 

Xəbər xətti