"Real"a sarsıdıcı xəbər:Ronaldo sıradan çıxdı

09:45 - 24 Noyabr 2013

Ulduz futbolçu "Qalatasaray"la matçı buraxa bilər
 
İspaniya La Liqasının XIV turunda səfərdə "Almeriya"nı 0:5 hesabı ilə məğlub edən "Real" ciddi problemlə üzləşib.
 
Sportal.az xəbər verir ki, Madrid klubunun ulduz futbolçusu Kriştiano Ronaldo sıradan çıxıb.
 
Matçda ilk qolu vuran portuqaliyalı forvard ikinci hissənin əvvəlində zədələnərək meydanı tərk edib. Onun hazırki vəziyyəti ilə bağlı hələlik açıqlama verilməyib.
 
Ronaldonun Çempionlar Liqasının növbəti turunda "Qalatasaray"la ev oyununda iştirak etməyəcəyi də yayılan xəbərlər arasındadı.

Xəbər xətti