"Barsa"ya şad xəbər:kapitan sıraya döndü

23:40 - 24 Noyabr 2013

Zədəlilərdən biri sağaldı
 
Son vaxtlar zədəli futbolçuların çoxluğundan əziyyət çəkən “Barselona”ya bir oyunçusundan şad xəbər gəlib.
 
Sportal.az xəbər verir  ki, Kataloniya klubunun bugünkü məşqində Xavi Ernandes iştirak edib. Kapitanın zədəsi artıq tamam sağalıb və o, bu gün kollektivlə birgə hazırlıqda iştirak edib. Məşqdə həmçinin aşağı yaş qrupundan bir neçə gənc oyunçu da iştirak edib.
 
Xatırladaq ki, Xavi “Qranada” ilə görüşdə iştirak etməmişdi.

Xəbər xətti