Futbolçu Londonun mərkəzində villa alıb
Dünyanın ən məşhur futbolçularından biri, İngiltərə yığmasının sabiq oyunçusu Devid Bekhem Londonun mərkəzində dəbdəbəli villa alıb.
Devid və Viktoriya Bekhemlər bu ev üçün 40 milyon funt-sterlinq ödəyiblər.
Sportal.az xəbər verir ki, Britaniya paytaxtının mərkəzindəki evin "kiçik" təmirə ehtiyacı var. Bekhemlər ailəsi bu təmir üçün minimum 5 milyon funt xərcləmək niyyətindədir.
Hartfordşir qraflığında yerləşən və "Bekinhem sarayı" adlanan malikanəni 12 milyon funt-sterlinqə satan Bekhemlər ailəsi bu pulları yeni villanın alınmasına sərf edib.
"Bekinhem sarayı"nı Bekhem 2,5 milyon funta satın almış, sonra tam təmir və rekonstruksiya edərək genişləndirmişdi.
38 yaşlı Devid Bekhemin dediyinə görə, Londonun qərbində yerləşən yeni, dördmərtəbəli evini çox bəyənir.
Bu evdə təmirdən sonra Viktoriya Bekhemin manikur, makiyaj, gimnastika və geyim kolleksiyası zalları, habelə arxadakı malikanə ilə yeraltı tunel vasitəsilə əlaqə olacaq.
Bekhem ailəsi hər otaqda musiqi sistemi, hər vanna otağında plazma ekranlı televizorlar quraşdırmaq fikrindədir.
Devid və Viktoriyanın övladları -14 yaşlı Bruklin, 11 yaşlı Romeo, 8 yaşılKrus və 2 yaşlı Harper üçün evin ikinci mərtəbəsində 3 yataq otağı nəzərdə tutulub.
saytlarin hazirlanmasi