Buffon "Qızıl top"a kimi namizəd gördü?

00:52 - 26 Noyabr 2013

"Qızıl top” bu dəfə ona veriləcək"
 
“Yuventus”un və İtaliya yığmasının qapıçısı Canluici Buffon “Qızıl top”a layiq saydığı futbolçunun adını açıqlayıb.
 
Sportal.az xəbər verir ki, 35 yaşlı qolkiper komanda yoldaşı Andrea Pirlonu fərqləndirib: “İlk namizədim Pirlodur. Ondan sonra isə Ronaldo və Messi gəlir. Pirlo həmişə olduğu kimi, yenə əla oyun göstərir. Onsuz “Yuventus” qələbə qazanmaqda çətinlik çəkərdi. Ümid edirəm ki, “Qızıl top” bu dəfə Pirloya veriləcək”. 

Xəbər xətti