Aleks yenidən Türkiyəyə qayıdır

04:04 - 26 Noyabr 2013

Onun bu yeni transferi Türkiyədə böyük səs-səda yaradıb
 
Gördüyü layihələrlə məşhurlaşan Acun İlıcalı yeni işi ilə qəzetlərdə manşet olub. 
 
Sportal.az xəbər verir  ki, "TV8" kanalını satın alan Acun İlıcalının ilk həmləsinin "Fənərbaxça"nın əfsanə kapitanı Aleks də Souzanı Türkiyəyə şərhçi olaraq geri gətirmək olacağı iddia edilir. 
Onun bu yeni transferi Türkiyədə böyük səs-səda yaradıb.
Yeni media müdirinin "Fənərbaxça"nın 10 nömrəli əfsanə kapitanına gördürəcəyi bu iş hər kəs tərəfindən maraqla gözlənilir.
Digər bir iddia isə biz zamanlar Aleksin tərcüməçiliyini edən Samet Güzelin Acunun siyahısında olmasıdır.

Xəbər xətti