"Denizlispor"da Arif İsayev qayıtdı, digər azərbaycanlı gedir

17:30 - 28 Noyabr 2013

Yunisoğlu sabiq komanda yoldaşını yanına aparır
 
Türkiyənin "Dənizlispor" klubu futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Vurğun Hüseynovu heyətinə qata bilər.
 
Sportal.az xəbər verir ki, Türkiyə klubu xeyli müddətdi futbolçumuzla maraqlanırlar.
 
Türkiyə klubu hələ yayda da Hüseynovu heyətinə qatmaq istəmişdi. Amma Vurğunun "Sumqayıt"la müqavilə bağlaması buna mane olmuşdu. Bu qış fasiləsi zamanı PTT 1-ci Liqa klubu yenə Hüseynova təklif ünvanlayacaq. Lakin "Sumqayıt"ın futbolçusunu buraxıb-buraxmayacağı bilinmir.
 
Qeyd edək ki, "Dənizlispor"da Saşa Yunisoğlu da çıxış edir. Arif İsayev isə yenicə bu klubdan uzaqlaşdırılıb.
 

Xəbər xətti