Həmyerlimiz ilin ən uğurlu iş adamı seçilib
“Palmali” şirkətlər qrupunun rəhbəri, “Xəzər Lənkəran” klubunun sahibi və fəxri prezidenti Mübariz Mənsimov Türkiyədə yenə diqqət mərkəzinə düşüb.
Sportal.az xəbər verir ki,bu dəfə həmyerlimiz Türkiyədə ilin ən uğurlu iş adamı seçilib.
'GQ Men of the Year' müxtəlif kateqoriyalar üzrə ən yaxşıları müəyyənləşdirib. Başa çatmaqda olan ildə böyük işlər həyata keçirən Mübariz Mənsimovun fəallığı diqqətdən kənarda qalmayıb.
Türkiyədə ilin idmançısı nominasiyasında isə Didye Droqba fərqlənib.
Qaliblər dekabrın 11-də “Four Seasons Bosphorus” otelində mükafatlarına qovuşacaqlar.
saytlarin hazirlanmasi