Ronaldo:"Mənimlə Messini müqayisə etməyin"

02:33 - 29 Noyabr 2013

"Real"da başqa cür mümkün deyil"
 
"Real "ın forvardı Kriştianu Ronaldu "Barselona"nın hücumçusu Lionel Messi ilə daim müqayisə olunması barədə maraqlı açıqlama verib. 
 
Sportal.az xəbər verir ki, Ronaldu Messi ilə müqayisə olunmasını əfsanəvi boksçu Məhəmməd Əli və onun həmkarı Co Freyzer arasındakı rəqabətlə bir tutub.
 
“Biz tamamilə fərqli oyunçularıq. Bizi müqayisə etmək olmaz. Necə ki, Məhəmməd Əli və Co Freyzeri, yaxud Borq və Makinroyu müqayisə etmək düzgün deyil, bizi də müqayisə etməsinlər.
 
Komanda yoldaşlarım, azarkeşlər və ailəmin dəstəyi olmasa idi, mən futbolçu ola bilməzdim.
 
Hesab edirəm ki, bir neçə mövsüm güclü səviyyədə oyun göstərirəm. “Real”da başqa cür mümkün deyil". 
 
Qeyd edək ki, "Qızıl Top"a namizədlər arasında Ronaldunun əsas rəqibləri Lionel Messi və "Bavariya"nın yarımmüdafiəçisi Frenk Riberidir. 

Xəbər xətti