Kalabane əməliyyat olunub
	 
	"Qəbələ”nin futbolçusu Umar Kalabane əməliyyat olunub. 
	 
	Sportal.az xəbər verir ki, məşq zamanı zədələnən afrikalı legionerin dizindəki menisk yırtığının müalicəsi üçün cərrahi müdaxilə zəruri olub. 
	 
	Cari mövsümdə cəmi 3 oyuna çıxan müdafiəçi İstanbuldakı "Acıbadem" Fulya Xəstəxanasında əməliyyat olunub. Travmotoloq-cərrah professor Ömer Taşer tərəfindən gerçəkləşdirilən əməliyyat uğurla sona çatıb. Kalabane sabah ölkəmizə dönəcək. 
	 
	Onun 3 həftə sonra yaşıl meydanlara dönməsi gözlənilir. Bu isə o deməkdir ki, qvineyalı böyük ehtimalla 2013-cü ildə meydana çıxmayacaq. Çünki 3 həftədən sonra Premyer Liqada fasilə yaranacaq.
	 
	Qeyd edək ki, Kalabane Premyer Liqada ümumilikdə 30 oyun keçirib və 2 qol vurub.
                      
saytlarin hazirlanmasi